-
Metroda gənclərin yersiz hərəkəti idmançını coşdurdu
Qarşılarındakının cüssəli olduğunu gördükdən sonra şirin dillərini işə salaraq səhvlərini etiraf ediblər Bakı metrosunda bir neçə gənc oğlanın yersiz hərəkətləri idamançı bir sərnişini özündən çıxarıb. Oxucular criminal.az-a məlumat veriblər ki, dünən axşam saatlarında metronun "Həzi Aslanov" stansiyasından şəhər istiqamətdə gələn qatarda 3 gənc yersiz hərəkətlər edib. Onlar yerə uzanaraq idman hərəkətləri edib, bir-birləri ilə fəndlər işlədirmişlər. Onların hərəkəti başqa bir sərnişini özündən çıxarıb. İdman cüssəli sərnişin onlara yaxınlaşaraq qatarda əxlaqlı olmağı məsləhət görüb. İlk olaraq həmin gənclər onlara irad tutan oğlanla əlbəyaxa olmaq istəsələr də, sonradan qarşılarındakının qulaqlarının qırıq və güləşçi cüssəli olduğunu gördükdən sonra şirin dillərini işə salaraq səhvlərini başa düşdüklərini etiraf ediblər. Ardını oxu
-
Buzlu yolda qəza: ana-bala yaralandı
Dönükqırıqlı kənd ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib Bakı-Qazax yolunun Dönükqırıqlı kənd ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az-ın "Report"a istinadən məlumatına görə, yolun buzlu və sürüşkən olması səbəbindən Asim Məmmədovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Məhəmməd Mehdiyevin sürücüsü olduğu "VAZ 2107" markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobil yoldan çıxıb. Qəza zamanı "VAZ 2107" markalı avtomobildə olan Qazax rayon sakinləri - 48 yaşlı Pəri Mehdiyeva və onun 3 yaşlı övladı Nihat Mehdiyev müxtəlif dərəcəli xəsarətlər alaraq Qazax Diaqnostika Mərkəzinə çatdırılıblar. Yaralılara ilkin yardım göstərilib. Ardını oxu
-
Satılıq maşına çırpılan “Toyota” havada qaldı - Fotolar
“Toyota Corolla” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan “VAZ 2106” maşınına çırpılıb Ardını oxu
-
Ağsu “perevalı” ilə getməyin
Yağan qar dolaylardakı 14 sərt döngədə sürücülər üçün bəzi çətinliklər yaradıb Dayanmadan yağan güclü qar Ağsuda bir sıra ciddi fəsadlar törədib. Belə ki, 30-dək yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda rayonda enerjinin bərpası üçün ciddi işlər görülür. Qarın hündürlüyü dağətəyi ərazilərdə 20-22, dağlıq yerlərdə isə 30-33 santimetrə çatıb. Cars-az Azərtac-a istinadən xəbər verir ki, yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolayları adlanan 144-156-cı kilometrində, xüsusən dolaylardakı 14 sərt döngədə sürücülər üçün bəzi çətinliklər yaradıb. Əraziyə cəlb olunan texnikanın, o cümlədən qreyderin, duzsəpən və yük maşınlarının köməyi ilə səhər tezdən dolaylarda yolun təmizləməsinə başlanılıb. Sürücülərə zərurət yaranmasa gediş-gəliş üçün Ağsu dolaylarından istifadə etməmək tövsiyə olunur. Əks təqdirdə avtomobillərin saz olmasına, qış rejimi üçün nəzərdə tutulan şinlərdən və ya şinlər üçün zəncirlərdən istifadə edilməsinə diqqət yetirmək məsləhət görülür. Ardını oxu
Parisdə Yeni il gecəsi 804 avtomobil yandırıldı
Parisin küçələrinə 10 minlərlə polis keşik çəkir Ardını oxu
Bakı-Balakən qatarı Qaxda dayandırılıb
Qarlı havaya görə sərnişinlər avtobuslarla yola salınıb Ardını oxu
Azərbaycanda bazar gününə olan HAVA PROQNOZU açıqlandı
Ölkə ərazisində hava sabahdan mülayimləşəcək Azərbaycan ərazisində kəskin hava şəraiti bu gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, bu gün yağıntıların bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur. Lakin sabah, yanvarın 3-də gündüz saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Yanvarın 3-də gündüz saatlarından əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Paytaxtda isə bu gün yağıntılı hava şəraiti müşahidə olunmaqda, sulu qar və qar yağmaqdadır, güclü şimal-qərb küləyi əsəcək. Sabah isə güclü şimal-qərb küləyi gündüz saatlarından tədricən mülayimləşəcək. Yanvarın 3-dən gündüz saatlarından Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Paytaxtda havanın temperaturu gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 4 dərəcəyə qədər isti olacaq. Ardını oxu