-
Bayram günlərində 36 sərxoş sürücü saxlanılıb
Bakıda yol qəzaları nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb Bayram günlərində sərxoş vəziyyətdə avtomobili idarə edən 36 sürücü saxlanılıb. Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, spirtli içkinin təsiri altında avtomobili idarə edən şəxslər sənədləşdirilib, polisin qanuni "saxla" əmrini yerinə yetirməyən 8 sürücü barəsində də sənədləşmə aparılıb, 2 avtoxuliqan polis tərəfindən saxlanılıb. Vaqif Əsədovun sözlərinə görə, bayram günlərində 4 yol-nəqliyyat hadisəsi baş verib. Bunlardan 3-ü piyada vurma, biri isə toqquşma olub. Qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Ardını oxu
-
Maşın motosikletlə toqquşdu - Ölən və yaralanan var
Lənkərənda “VAZ-21015” markalı minik avtomobili “Muravey”lə toqquşub Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yanvarın 4-də saat 13.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakininin idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili Lənkəranın Separadi kənd sakini Ayaz Salayevin idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Güclü zərbədən motosikletin sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Motosikletin qoşqu yerində əyləşmiş sürücünün yaxın qohumu Həmzə Mütəllimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanıb. Ardını oxu
-
Putinin reklam etdiyi avtomobilin satışı azaldı
Rusiya prezidentinin cəhdləri ümidləri doğrulmadı Türkiyəyə iqtisadi sanksiyalar tətbiq edən Rusiyanın özündə iqtisadi vəziyyət heç də yaxşı deyil. Avtomobil bazarı basda olmaqla iqtisadiyyatda işlər getdikcə pisləşir. Cars-az-ın məlumatına görə, modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın avtomobil bazarı hazırda böyük tənəzzül yaşayır. Rusiya prezidenti Vladimir Putin ötən ilin oktyabr ayında yerli avtomobil şirkəti “Avtovaz”ın istehsal etdiyi son model "Lada Vesta”nı test etmişdi. Ancaq Putinin dəstəyinə baxmayaraq, bu model gözlənilən satışı verə bilmədi. Ekspertlər bildirirlər ki, ötən ilin noyabrında Rusiyada avtomobil satışı 43 faiz düşərkən, dekabr ayında bu göstərici 45 faizə çatıb. Rusiyanın 2015-ci ildə 1,28 milyon ədəd avtomobil satdığını bildirən ekspertlər bu göstəricinin 2016-da 1,1 milyon ədədə geriləyəcəyini proqnozlaşdırır. Bu şərtlərdə bazarın gələcəyi ilə bağlı nikbin proqnozlar yerini daha bədbinliyə buraxır. Bu itkilərin sonra hərəkətə keçən Rusiya hökuməti avtomobil bazarını canlandırmaq üçün yeni tədbirlər görməyə hazırlaşır. Məlumata görə, hökumət köhnə avtomobilini dəyişdirmək istəyənlərə vergi güzəştləri tətbiq edəcək. Eyni zamanda avtomobil satışı bazarında aşağı faizli kredit imkanı və təşviqlər təmin ediləcək. Sənaye və ticarət naziri Denis Manturov bildirib ki, 2016-cı ilin ilk yarısında bazarı canlandırmaq məqsədilə 275 milyon dollar (20 milyard rubl) cəlb olunacaq. Ardını oxu
-
Polislər avtoqəzaya düşdü: 1 polis öldü: yaralanan var
”KİA” markalı avtomobilin sürücü Seyran Seyidov şübhəli şəxs qismində saxlanılıb. Ardını oxu
“Bütün magistral yolları nəqliyyatın hərəkəti üçün açıqdır” - Yol polisi
BDYP məlumat yaydı Azərbaycanın bütün magistral yolları nəqliyyatın hərəkəti üçün açıqdır. Cars-az xəbər verir ki, bu barədə apa-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Məlumatda bildirilir ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunda səhər və axşam saatlarında buzlaşma müşahidə olunur. Lakin buna baxmayaraq, magistralda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmayıb. Yol polisi hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə və sürət həddinə diqqət etməyə çağırıb. Ardını oxu
Yerüstü metro belə olacaq
Buna uçan metroda demək olar Bəzən insan 15-20 il sonra hansı texnoloji yeniliklərin olacağı haqqında düşünür. Cars-az atv.az-a istinadən xəbər verir ki, İndi izləyəcəyiniz görüntülərdə gələcəyin yerüstü metrosunu görəcəksiniz. Əslində buna uçan metroda demək olar. Ardını oxu
Beləsinə nə ad vermək olar
Motosiklet sürücüsü avtomobil sürücüsünü ələ saldı Ardını oxu