Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Dollar daha da baha olacaq
Dollar daha da baha olacaq

Dollar daha da baha olacaq

Bloomberq agentliyi 2016-cı ildə ABŞ dollarının əsas rəqiblərinə nisbətən daha da möhkəmlənəcəyini proqnozlaşdırır. Belə bir proqnozu agentliyin sorğusuna cəlb olunan ekspertlər irəli sürüblər. Analitiklər əmindirlər ki, 2016-cı ilin sonlarında ABŞ dolları 10 əsas dünya valyutasının 7-sinə nisbətən əhəmiyyətli dərəcədə möhkəmlənəcək. Bu sırada yalnız Kanada dolları, Britaniya funt-sterlinqi və Norveç kronu istisna təşkil edəcək. ABŞ dollarına nisbətdə ən çox Yeni Zelandiya dollarının (7,9 faiz), İsveçrə frankının (5,9 faiz) və Avstraliya dollarının (5,5 faiz) məzənnəsi aşağı düşəcək. Danimarka və İsveç kronu təxminən 5 faiz, yapon yeni 3,5 faiz, avro isə 2,9 faiz ucuzlaşacaq. Ekspertlər ABŞ dollarının əhəmiyyətli dərəcədə möhkəmlənməsini federal ehtiyatlar sisteminin son 9 ildə ilk dəfə olaraq faiz dərəcəsini yüksəltməsi ilə izah edirlər.

Dostlarınla paylaş


Şərhlər


Top