Məqalələr

  • Qadınlar təyyarədə "Çakır"a hücum etdi

     Oqtay Kaynarca təyyarədə macəralı anlar yaşadı Məşhur aktyor Oqtay Kaynarca “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialında canlandırdığı Hızır roluna görə təyyarədə qadınlar tərəfindən hücuma məruz qalıb. Serialda həyat yoldaşına xəyanət edən kişi obrazını canlandıran aktyor mindiyi təyyarədə bir neçə qadının ittihamları ilə üz-üzə qalıb. Belə ki, qadınlar Kaynarcaya “bu rol sizə heç yaraşarmı?”, “insanlara pis nümunə olursunuz” kimi sözlər deyiblər. Bunun müqabilində aktyor narazı halda təyyarənin tualetinə girib. Təyyarədəki stüardessaların köməyi ilə qadınlar sakitləşəndən sonra aktyor oradan çıxaraq yerində oturub.“Eşkıya Dünyaya Hükümdar Olmaz” serialının anonsu Bir neçə gün əvvəl məlumat yayılıb ki, “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialının ulduz aktyoru Oktay Kaynarca 6 ay həbs oluna bilər. Oktay Kaynarcanın yaxtası Aktyor “Bebek Koyu”da olan yaxtasında müqaviləsiz və oğurluq su işlətməkdə ittiham edilir. Artıq İstanbul məhkəməsində qaldırılan cinayət işində aktyorun yaxtasında sayğacsız, müqaviləsiz və oğurluq su işlətməsi, istifadə olunması sübut olunub.  Kaynarcanı Azərbaycan tamaşaçısı daha çox "Kurtlar Vadisi" serialındakı "Çakır" obrazı ilə tanıyır. Ardını oxu

  • Azərbaycanda yol qırğını: 5 ölü, 19 yaralı

    Ən ağır yol qəzası Sumqayıtın mərkəzində baş verib Ardını oxu

  • Bahalı maşınlar, bahalı həyat və oteldə ölüm

    Qubada oteldə öldürülən qadının görüntüləri yayılıb Ardını oxu

İt yola çıxdı, maşın ticarət obyektinə girdi – FOTO

İt yola çıxdı, maşın ticarət obyektinə girdi – FOTO

Hadisə nəticəsində sürücü sağ qalıb Axşam saatlarında Tovuz rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Сars-az "report"a istinadən xəbər verir ki, qəza "Changan" markalı avtomobilin yoldan çıxaraq kənardakı obyektə çırpılması nəticəsində baş verib. Şahidlərin sözlərinə görə, qəzaya yola qəfil itin çıxması səbəb olub. İdarəetməni itirən sürücü əvvəlcə yol kənarındakı dəmir maneələrə, daha sonra isə ticarət obyektinə çırpılıb. Maşın yararsız hala düşsə də, qəzadan sağ çıxan sürücü hadisə yerindən uzaqlaşıb. Tovuz rayon Polis şöbəsi qəzanın səbəblərini araşdırır. Ardını oxu

Avtomobil alarkən diqqətli olun - Zərər sizə dəyəcək

Avtomobil alarkən diqqətli olun - Zərər sizə dəyəcək

İşlənmiş avtomobillərin əldən ələ kreditlə satılması halları çoxalıb Ardını oxu

Şüşələrə vurulan pərdə və plyonkalar və hüquqi məsuliyyət

Şüşələrə vurulan pərdə və plyonkalar və hüquqi məsuliyyət

Qanunda bu xidməti göstərənlərə qarşı heç bir məsuliyyət yoxdur Noyabrın 15-dən avtomobillərin yan şüşələrində istənilən pərdə və plyonkadan istifadə mayın 1-dək qadağan edilsə də, yol polisinin keçirdiyi hər reyddə belə hallara rast gəlmək mümkündür. Sürücülər yan şüşələrdə pərdələrdən istifadəyə görə 150 manat miqdarında cərimələnir. Əslində bu prosesdə pərdə və plyonkanı avtomobillərə quraşdırma xidməti göstərənlər də iştirak edir. Həmin şəxslər sürücülərin istəklərinə uyğun xidmət göstərdiklərini deyirlər. Ancaq bəzi şəxslər yan şüşələrə xidmətdən imtina etdiklərini bildirir. Bəs görəsən həmin pərdələri qadağan olunduğunu bilə-bilə avtomobilə taxan ustalar qanunla məsuliyyət daşıyırmı? Ekspertlərin sözlərinə görə pərdə və plyonkanın qadağan olunan formada quraşdırılmasının qarşısını almaq üçün hüquqi nəzarətin yaradılması mümkündür. Ardını oxu

77 yaşlı piyadanı vurub hadisə yerindən qaçdı

77 yaşlı piyadanı vurub hadisə yerindən qaçdı

Piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib Tovuzda piyadanı avtomobil vurub. Сars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1939-cu il təvəllüdlü İsfəndiyar Abbasov yolu keçmək istəyərkən hələlik markası məlum olmayan avtomobil tərəfindən vurulub. Qəzanı törədən sürücü avtomobili ilə hadisə yerindən qaçıb. Piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona sağ baldırın sınığı diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. Ardını oxu

Top