Məqalələr

  • “Türk Hava Yolları”ında bomba həyəcanı - Təcili eniş

    Təyyarədə olan 227 nəfərin hamısı təhlükəsiz yerə təxliyə edilib ABŞ-ın Hyuston şəhərindən İstanbula uçan “Türk Hava Yolları” şirkətinə məxsus “Boeing-777-300” təyyarəsi İrlandiyada təcili eniş edib. Сars-az-ın report-a- istinadən məlumatına görə, təcili enişə təyyarənin göyərtəsində bomba olmasına dair yazının aşkarlanması olub. Təcili enişdən sonra təyyarədə olan 227 nəfərin hamısı təhlükəsiz yerə təxliyə edilib. İrlandiya polisindən bildiriblər ki, məcburi eniş təyyarənin göyərtəsində bomba olması barədə məlumata görə həyata keçirilib. Ardını oxu

  • Əhalinin kreditlərinə ediləcək güzəştlə bağlı - Açıqlama

    Samir Şərifov: "Azərbaycanda banklar istehlak kreditlərini yüksək faizlə verirlər" Ardını oxu

  • Bakıya gələn qatar daşa basıldı - Yaralananlar var

    Hüquq-mühafizə oraqanları hadisəni törədənlərin axtarışını davam etdirirlər Ardını oxu

  • Qar fəsadlar - Kəndlərlə əlaqə kəsildi

    Ağır texnikalar vasitəsilə yollar qardan təmizlənir Bu gecə dağlıq rayon olan Gədəbəyə yağan qar səbəbindən kəndlərin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Сars-az” Kəpəz TV-yə istinadən xəbər verir ki, hazırda dağlıq ərazilərdə qalın qalınlığı 35-40, nisbətən aşağı yerlərdə isə 15-20 sm-ə çatır. Yolları qardan təmizləmək üçün 33 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi səfərbər edilib. Nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək üçün ağır texnikalar vasitəsilə yollar qardan təmizlənir. İdarə tərəfindən kifayət qədər həcmdə - 30 ton duz, 550 kubmetr qum ehtiyatı toplanıb və hazırda qum-duz qarışı yollara səpilir. Eyni hal digər dağ rayonu Daşkəsəndə də müşahidə olunur. Ardını oxu

Rus maşınları lizinqlə və manatla satılacaq - "Niva" 8900 manat

Rus maşınları lizinqlə və manatla satılacaq - "Niva" 8900 manat

Lizinqlə satış şərtləri dəqiqləşdirilir, fevralda satışlara başlanacaq Fevral ayından etibarən Bakıda rus avtomobilləri lizinqlə satılacaq. Bu barədə fins.az-a rus avtomobillərinin rəsmi idxalçısı "Xəzər-Lada" şirkətinin texniki direktoru Şəmsəddin Şəmsəddinov bildirib. Onun sözlərinə görə, lizinq yenicə yaradılan "Xəzər-Lada-Lizinq" MMC tərəfindən veriləcək. Hazırda şirkət Vergilər Nazirliyindən qeydiyyatdan keçib, ştatlar müəyyənləşdirilir. Lizinqlə satış şərtləri dəqiqləşdirilir. Fevral ayında isə satışlara başlanacaq. Ş.Şəmsəddinov rus avtomobillərinin hazırki qiymətlərinə də aydınlıq gətirib.Belə ki, hazırda salonda satılan "Lada"ların qiymətləri dəyişməyib.Yəni delavasiyadan əvvəlki qiymətə satılır. Məsələn, 1.7lmühərikli 2015-ci il model "Niva" 8900 manata, 1.6 l 2015-ci il model "Lada Kalina" 9 min manata, eyni istehsal tarixli və eyni mühərrikli "Lada Priora" 10700 manat, "Lada Granta" isə 9300 manata satılır. Yeni gətiriləcək avtomobillər isə bahalaşacaq. Ardını oxu

Hülya maşında jurnalistləri dinlədi və hirsləndi

Hülya maşında jurnalistləri dinlədi və hirsləndi

Onun bu hörmətsizliyi Türkiyə mediasında müzakirə olunub Ardını oxu

Dünyanın ən sürətlə qaçan hepardı öldü

Dünyanın ən sürətlə qaçan hepardı öldü

Sara ləqəbli hepard ABŞ-ın Ohayo ştatında Cincinnati zooparkında ölüb Sürətli qaçışına görə dünya rekordu müəyyənləşdirən Sara ləqəbli hepard ABŞ-ın Ohayo ştatında Cincinnati zooparkında ölüb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, hepard 2012-ci ildə, 11 yaşında ikən 100 metr məsafəni 5.95 saniyə ərzində qaçaraq dünyanın ən sürətli məməlisinə çevrilib. Yaşı 15-ə çatan Saranın səhhəti pisləşdiyindən baytar həkimləri heyvanın əzabını yüngülləşdirmək üçün ona iynə vurub öldürmək qərarına gəliblər. Ardını oxu

Qadın sürücü soyğunçuları belə peşman etdi

Qadın sürücü soyğunçuları belə peşman etdi

Əliyalın ana silahlı avtomobil oğrularını zərərsizləşdirdi Əliyalın ana silahlı avtomobil oğrularını zərərsizləşdirdi. Qəribə hadisə ABŞ-ın Florida ştatında baş verib. Yanacaq məntəqəsində avtomobil oğurlamaq istəyən 3 nəfər, qadın sürücünün cəsur müqaviməti ilə üzləşib. Qadın sürücü onun avtomobilini oğurlamağa təşəbbüs edənlərlə dalaşır. Heyleh qəsəbəsində 3 oğru yanacaqdoldurma məntəqəsində onun avtomobilini oğurlamaq istəyib. Həmin vaxt avtomobilinə yanacaq dolduran sahibi onlara mane olub. 2 uşağının da arxa oturacaqda olması qadını özündən çıxarıb. Cəsur ana qapını açaraq əvvəlcə sükan arxasına əyləşmiş oğrunu çölə dartıb atıb. Bunu görən digər oğrular da aradan çıxıblar. Ancaq dərhal xəbər verilən polislər oğruları tutmağa müvəffəq olub. Ardını oxu

Top