24.01.2016
Maraqlı
Hülya maşında jurnalistləri dinlədi və hirsləndi
Türkiyənin məşhur müğənni və aktrisası Hülya Avşar ötən gün rəfiqəsi ilə İstanbulun mərkəzi küçələrindən birində görüntülənib. Milli.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni maşından düşmədən jurnalistlərin suallarını cavablandırıb. Hülya müxbirlərin: "Niyə Beren Saatla birlikdə çəkildiyiniz serialın reytinqi çox aşağıdır?" sualına əsəbləşərək oradan uzaqlaşıb. Onun bu hörmətsizliyi Türkiyə mediasında müzakirə olunub.
Qeyd edək ki, son statistikaya görə "Muhteşem Yüzyıl - Kösem Sultan" serialı reytinq siyahısında 25-ci yerdə olub.