Qadın sürücü soyğunçuları belə peşman etdi

Qadın sürücü soyğunçuları belə peşman etdi

Qadın sürücü soyğunçuları belə peşman etdi

Əliyalın ana silahlı avtomobil oğrularını zərərsizləşdirdi. Qəribə hadisə ABŞ-ın Florida ştatında baş verib. Yanacaq məntəqəsində avtomobil oğurlamaq istəyən 3 nəfər, qadın sürücünün cəsur müqaviməti ilə üzləşib. Qadın sürücü onun avtomobilini oğurlamağa təşəbbüs edənlərlə dalaşır. Heyleh qəsəbəsində 3 oğru yanacaqdoldurma məntəqəsində onun avtomobilini oğurlamaq istəyib. Həmin vaxt avtomobilinə yanacaq dolduran sahibi onlara mane olub. 2 uşağının da arxa oturacaqda olması qadını özündən çıxarıb. Cəsur ana qapını açaraq əvvəlcə sükan arxasına əyləşmiş oğrunu çölə dartıb atıb. Bunu görən digər oğrular da aradan çıxıblar. Ancaq dərhal xəbər verilən polislər oğruları tutmağa müvəffəq olub.

Dostlarınla paylaş


Şərhlər


Top