Məqalələr

116 nəfər ölümdən döndü

116 nəfər ölümdən döndü

Eniş edə bilməyən təyyarə 50 dəqiqə havada qalıb Qazaxıstanın “Bek Air” Hava Yollarına məxsus təyyarəsi Astana hava limanında qəza enişi edib. “Qafqazinfo” xəbər verir ki, təyyarə havada olarkən ön şassisində problem yaranıb. Eniş edə bilməyən təyyarə 50 dəqiqə havada qalıb. Hava limanının eniş xəttinə köpük töküldükdən sonra təyyarə yerə enib. 116 sərnişin və 5 ekipaj üzvündən heç kim xəsarət almayıb. Ardını oxu

58 yaşlı qadın özünü qatarın altına atmaq istədi

58 yaşlı qadın özünü qatarın altına atmaq istədi

Xoşbətlikdən o dəmir relslərinin üstünə düşməyib Bakı metrosunda intihara cəhd hadisəsi baş verib. Сars-az musavat.com-a istinadən  əldə etdiyi məlumata görə, martın 26-da "Qara Qarayev" metrostansiyasında yaşlı qadın özünü qatarın altına atmaq istəyib. Qazax rayon sakini 1958-ci il təvəllüdlü Şirinova Məleykə Məhəbbət qızı saat 11:30 radələrində özünü qatarın altına atmaq istəyib. 58 yaşlı qadın qatarın ön şüşəsinə dəyib. Xoşbətlikdən o dəmir relslərinin üstünə düşməyib. Bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır. Ardını oxu

Sabirabadda 16 yaşlı gənci avtomobil vurub

Sabirabadda 16 yaşlı gənci avtomobil vurub

Yaralı Şirvan şəhər xəstəxanasına yerləşdirlib Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyada vurulub. Сars-az APA-ya istinadən xəbər verir ki, hadisə 15.30 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nizami kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Ağayev Qəmbər Müseyib oğlu idarə etdiyi "VAZ 2106" markalı, 10 FC 163 dövlət nömrə nişanlı avtomobillə Nizami kənd sakini, 2000-ci il təvəllüdlü Niftullayev Amil Vaqif oğlunu vurub. Nəticədə sonuncu müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirlib. Faktla bağlı BDYPİ-də tədqiqat aparılır. Ardını oxu

Azərbaycanda bütün sürücülük vəsiqələri dəyişdirilə bilər

Azərbaycanda bütün sürücülük vəsiqələri dəyişdirilə bilər

Kiçik texniki çatışmazlıq qanunvericiliyin bütün xırdalıqlarını tələb edən bəzi ölkələrdə problem yaradır Ardını oxu

Top