27.03.2016
Gündəm
58 yaşlı qadın özünü qatarın altına atmaq istədi
Bakı metrosunda intihara cəhd hadisəsi baş verib. Сars-az musavat.com-a istinadən əldə etdiyi məlumata görə, martın 26-da "Qara Qarayev" metrostansiyasında yaşlı qadın özünü qatarın altına atmaq istəyib. Qazax rayon sakini 1958-ci il təvəllüdlü Şirinova Məleykə Məhəbbət qızı saat 11:30 radələrində özünü qatarın altına atmaq istəyib. 58 yaşlı qadın qatarın ön şüşəsinə dəyib. Xoşbətlikdən o dəmir relslərinin üstünə düşməyib. Bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.