-
Məşhurların bahalı avtomobilləri və "zerkalni" nömrələri – FOTOSESSİYA
Yerli məşhurların bahalı avtomobillərini təqdim edirik Ardını oxu
-
Beynəlxalq sərnişindaşımada qiymətlər ucuzlaşıb
DSK-a məlumat yaydı Ardını oxu
-
Avtomobil uşağı vurub öldürdü - Tovuzda
Faktla bağlı araşdırma aparılır Ardını oxu
-
Avtomobillə mikroavtobus toqquşdu
Faktla bağlı araşdırma aparılır Ardını oxu
25 ilin təzə "VAZ-2106"-sı
Avtomobil ümumilikdə 1349 kilometr yol gedib Ardını oxu
Bakıda avtomobil iki piyadanı vurub
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri aparır Ardını oxu
Bakı Avtovağzalı ətrafında 5 istinad divarı tikildi
Yamacın aşağısında da 4 ədəd 15 metr uzunluğunda istinad divarının tikilməsi nəzərdə tutulub Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə-çökmə sahəsində hazırda aparılan bərpa-gücləndirmə işləri açıqlanıb. Сars-az xəbər verir ki, bu barədə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin apa-ya verdiyi məlumata görə, ASC-nin sifarişi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" (keçmiş "Azərkörpü") tərəfindən aparılır. Bu günə qədər həmin ərazidə yamacın bərkidilməsi istiqamətində kifayət qədər iş görülüb, 16 metr uzunluğunda və 7 metr hündürlüyündə 5 ədəd istinad divarı inşa edilib. Divarlar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və smentasiya olunub. Avtobus dayanacağı və autletə (avtobus dayanacağının qarşısından keçən yol) gedən hissədə inyeksiya işləri görülüb, yer bir neçə yerdən 20-30 metr dərinlikdə deşilib, beton məhlulu tökülüb. Bununla bərabər, mövcud istinad divarı ilə autletə gedən yolda yerləşən istinad davarı arasında 1200 mm diametr və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulur. Yamacın alt hissəsində 1200 mm diametrlik svay vurulub. Hazırda ərazidə tikiləcək 5 tavadan birində işlər aparılır. Yamacın aşağısında da 4 ədəd 15 metr uzunluğunda istinad divarının tikilməsi nəzərdə tutulub. Bu işlər tam olaraq yekunlaşdıqdan sonra avtomobil yolunun deformasiyaya uğramış hissəsinin bərpası istiqamətində addımlar atılacaq. Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb. Ardını oxu