-
“Shacman”ı sənədsiz sürən sürücü avtobusu və çörək maşınını əzdi
Qəza zamanı xəsarət alan olmasa da hər üç maşına ciddi ziyan dəyib Ardını oxu
-
Yolun əksinə çıxdı, toqquşdu
Zaqatalada yol qəzası: bir nəfər xəsarət alıb Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb. Bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 106-cı kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində, Lahıc çayı üzərindəki körpüdə baş verib. 1989-cu il təvəllüdlü, Balakən şəhər sakini Fərrux Fərhad oğlu Məsiyev idarə etdiyi “VAZ 21099” markalı “07 BA 105” dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən yolun əks istiqamətinə çıxması səbəbindən maşını qarşı tərəfdən Qax rayonu istiqamətində hərəkətdə olan Gürcüstan Respublikasının Loqodexi rayon sakini, Papiaşvili Quram Vladimiroviçin idarə etdiyi avtomobilə çırpıb. Baş vermiş qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Fərrux Məsiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan Fərrux Məsiyevin vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Ardını oxu
-
Qatar sərxoş gənci qolsuz və 4 barmaqsız qoydu
Tovuz rayonunun Qovlar şəhərində 29 yaşlı gənci qatar vurub Tovuz rayonunun Qovlar şəhərində 29 yaşlı gənci qatar vurub. Tovuz rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, 1985-ci il şəhər sakini təvəllüdlü Babək Hüseynovu sərxoş vəziyyətdə dəmir yolu xəttini keçərkən qatar vurub. Ağır bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağ qolunu və sol əlindən 4 barmağını amputasiya ediblər. Hazırda Tovuz Mərkəzi Rayon Xəstəxanasında müalicə alan zərərçəkənin səhhətini həkimlər kafi qiymətləndirir. Ardını oxu
-
İranlı Biləcəridə qəza törətdi: tıxac yarandı
Yol polisi tıxacın aradan qaldırılması istiqamətində iş aparır Bakıda yol qəzası baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. İran İslam Respublikasının vətəndaşına məxsus “Mercedes” markalı avtomobil yükünün hündürlüyü normadan artıq olduğundan qəsəbə ərazisində olan dəmir yolu körpüsündən keçə bilməyərək qəza törədib. Qəza zamanı yolda tıxac yaranıb. Hazırda yol polisi tıxacın aradan qaldırılması istiqamətində iş aparır. Ardını oxu
Yol polisinin təqibi ölümlə bitdi
Valideyn: «DYP işçisinin 36 dəqiqəlik təqibi qəza ilə nəticələnib» Ardını oxu
DYP tarixdə olmayan günə bildiriş yazıb
Ərşad Hüseynov: «DYP hələ də köhnə qaydada işləyir» Ardını oxu
Müğənninin «Jeep»i hələ də cərimə meydançasındadır
Vaqif Əsədov: «Elnarə Xəlilova cərimə meydançasından avtomobilini götürmək üçün müraciət etməyib» Ardını oxu
Ən güçlü və ən sürətli “Jaguar” - 2015
Bu avtomobildən 2015-ci ildə də dünyada sadəcə 250 ədəd istehsal olunacaq “Jaguar” konsept mərhələsindən istehsal mərhələsinə keçən “F-Type Project 7”-ni İngiltərədə təşkil edilən “Goodwood” Festivalında sərgilədi. Anspress-in məlumatına görə ötən ildə yenə “Goodwood” Festivalında konsept kimi üzə çıxan ən sürətli və ən güclü “Jaguar” avtomobili olacaq “F-Type Project 7”, markasının 1954-ci ildə çıxardığı “D-Type” modelinin 60-ıncı ildönümü şərəfinə hazırlandığı qeyd edildi. Ümumi xəttləri ilə “F-Type”dən izlər daşıyan Roadster (iki nəfərlik üstü açıq) model 7,5 litr həcmli “supercharged” V8 mühərrikiylə 575 at gücünə malikdir. Bu da mövcud “F-Type R Coupe “modelindən 25 at daha güclü olduğu mənasını verir. Avtomobil 3,9 saniyədə 100 km saat sürətə çatır. Maksimum sürəti 300 kilometrə çatan avtomobil, dünyada sadəcə 250 ədəd istehsal olunacaq. 2015-ci ilin ortasında ilk istehsalına başlanacaq olan avtomobilin İngiltərədəki satış qiyməti isə 135 min funt sterlinq (180 000 azn) olacaq. Ardını oxu