-
Bakıda «Ələsgər» siqnalının canlı variantı tapıldı
Cəriməsi artdıqca qadağan olunmuş siqnallardan istifadə edənlərin də sayı artır Ardını oxu
-
Şəmkirdə betonqarışdıran aşıb
Qaldırıcı kranla yük maşınını yoldan çıxarılıb Şəmkir-Gədəbəy yolunda, Yasamal aşırımında yol – nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, “Mersedes” markalı beton qarışdıran taxıl kombaynını ötüb, keçərkən aşıb. Olay nəticəsində yol bağlanıb. Polisin nəzarəti ilə qaldırıcı kranla yük maşınını yoldan çıxarılıb. Ardını oxu
-
Bir neçə məhkəmə hakimi cəzalandırıldı
1 hakim işdən çıxarıldı, 2 nəfərə isə irad tutuldu Ardını oxu
-
İnəyi maşın vurdu, kənd ayağa qalxdı
Mal sahibləri isə polis tərəfindən vurulub Türkiyədə sürücünün yoldan keçən mal-qaranı vurması ona baha başa gəlib. Anspress-in məlumatına görə, ötən gün axşam saatlarında Ərzurumda şəhər mərkəzindən yola çıxan sürücünün yoluna bir anda inək çıxıb və sürücü avtomobili qaçıra bilməyərək, inəyi vurub. Hadisə baş verdikdən sonra mal sahibləri sürücü ilə dava etməyə başlayıb. İki qardaşın sürücünü təkləməkləri azmış kimi, onlardan biri yaxınlıqdakı kənd camaatına xəbər verib. Əsl hadisə elə bundan sonra baş verib. Belə ki, kənddən gələnlər əllərində dəmir dəyənək və bıçaqlar olub. Baş verənlərdən xəbər tutan polis də çox keçmədən özünü hadisə yerinə çatdırıb. Mal-qaranın sahibi qardaşlardan biri sürücünü bıçaqlayıb, polisin xəbərdarlığına əhəmiyyət vermədikdə isə polis onların ikisini də vuraraq yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı polis istintaq işi başladıb. Ardını oxu
Beləsinə sürücü demək olarmı; qəza şəraiti
Başqasının yoluna çıxır, qəza şəraiti yaradır, hələ qabaqdangəlmişlik də edir Ardını oxu
“Avtovağzal” stansiyasının açılışı gələn ilə qaldı
“Bakı Metropoliteni” QSC açıqlama verib Ardını oxu
Təzə maşın aldı; avtosalondan çıxan kimi qəza törətdi
Avtomobilin sahibi maşının təmir xərclərindən başqa zədələnmiş şou-rumu da bərpa etməli olacaq Ardını oxu
Gürcüstanda iki azərbaycanlı faciəvi şəkildə öldü
Qardabanidə ağır yol-nəqliyyat hadisəsi baş verib Bu gün Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 2 Azərbaycan vətəndaşı ölüb, 1-i xəsarət alıb. Tiflis Fövqəladə Hallar Xidməti Departamentindən APA-ya verilən məlumata görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Sarticala kəndi yaxınlığında qeydə alınıb. Gürcüstan vətəndaşı Eldar Bayramovun idarə etdiyi yük avtomobili (treyler) ilə Azərbaycan vətəndaşı Nikolay Əhmədovun idarə etdiyi AZE 10 CC 520 dövlət nömrə nişanlı BMW markalı avtomobil toqquşub. Nəticədə 35 yaşlı Nikolay Əhmədov və onun 2 yaşlı övladı ölüb, uşağın anası isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə yol-patrul və fövqəladə hallar xidmətlərinin əməkdaşları, eləcə də təcili yardım maşınları gəlib. Faktla ilə bağlı patrul xidməti və digər qurumlar tərəfindən təhqiqat aparılır. Ardını oxu