Məqalələr

  • Prezidentin korteji yolu kəsdi, hamilə qadın xəstəxanaya piyada getdi

    Hadisədən xəbər tutan Ağ ev Los-Anceles polisi günahlandırıb İyunun 24-də ABŞ prezidenti Barak Obamanın kortejinin hərəkət etməsi üçün Los Ancelesin mərkəzi küçələrindən biri bağlanıb. Lent.az-ın Reuters-ə istinadən məlumatına görə, yolun bağlanması hamilə qadının doğum evinə getməsinə mane olub. Hamilə qadın iki tibb bacısı ilə avtobus dayanacağında yarım saat prezidentin kortejinin keçməyini gözləyib. Hamilə qadın üçün təcili yardım çağırılsa da, yollar bağlı olduğundan təcili yardım maşını xəstəyə yaxınlaşa bilməyib. Sancıları güclənən hamilə qadın məcburən xəstəxanaya piyada gedib. Xoşagəlməz hadisədən xəbər tutan Ağ ev Los-Anceles polisi günahlandırıb. Hamilə qadının durumu haqqında xəstəxana heç bir məlumat verməyib. Ardını oxu

  • Həftə sonunu gözləyənlərə BƏD XƏBƏR: güclü külək əsəcək

    Bakı və Abşeron yarımadasında iyulun 26-da və 27-də şimal küləyinin güclənəcəyi gözlənilir Ardını oxu

  • Bakıda ŞOK qiymətə "Niva" – 45 min dollar

    Bu avtomobil görənləri heyrətləndirir Azərbaycanda avtomobil satışı ilə məşğul olan  avtosalonlardan birinin rəsmi səhifəsində Rusiya istehsalı olan “Niva” markalı avtomobilin klip formatlı videosu paylaşılıb. Digər “Niva”lardan dəbdəbəli eksteryeri və interyeri ilə ciddi şəkildə fərqlənən bu avtomobilin ““Zu Design”la Royal İsmayılov Videography”nin birgə məhsulu olduğu qeyd olunub. Avtomobilin ilk baxışda arxa işıqları və yan güzgülərində gözə çarpan fərq özünü salon hissədə də göstərir. Xüsusi dəri işləmələr və bort kompüterlə təchiz olunan avtomobilin qiyməti isə 45.000$ olaraq göstərilib./Axar.az/ Ardını oxu

  • Ermənilər Bakıya gəlir

    Erməni idmançılarının təhlükəsizliyinə təminat verilib Ardını oxu

Bakı-Qazax magistralında ailə faciəsi: bacı və qardaşı öldü

Bakı-Qazax magistralında ailə faciəsi: bacı və qardaşı öldü

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Ucar rayonunda dəhşətli yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 14 radələrində Bakı-Qazax əsas magistral  yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 63 yaşlı Abdullayev Aslan İsa oğlunun idarə etdiyi 90- FF-450 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını əvvəlcə “VAZ -2107” markalı avtomobili vurub,  daha sonra sementlə yüklənmiş yük maşınına (TIR) çırpılıb.  Nəticədə  “Mercedes”in sürücüsü A .Abdullayev hadisə yerində dünyasını dəyişib. Onun maşında olan bacısı - 57 yaşlı Ağayeva Dürdanə İsa qızı isə ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da,  orada ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. Ardını oxu

Bakıda daha bir rüsvayçı yol nişanı

Bakıda daha bir rüsvayçı yol nişanı

DYP sağa dön, Nəqliyyat Nazirliyi və BŞİH isə sola dön deyir Ardını oxu

Teleaparıcının iki yüz minlik avtomobili

Teleaparıcının iki yüz minlik avtomobili

Novruz İsmayıl olduqca bahalı avtomobili ilə diqqət cəkib Ardını oxu

Daha bir sərnişin avtobusu qəzaya uğradı

Daha bir sərnişin avtobusu qəzaya uğradı

Xəsarət alan yük avtomobilinin sürücüsü xəstəxanaya yerləşdirilib Bakıda yol qəzası verib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb. Sürücüləri  məlum olmayan 90-XK-418 dövlət nömrə nişanlı, KİA markalı yük avtomobili ilə 95 saylı xətt marşrutu üzrə hərəkət edən 10 TF 840 dövlət nömrə nişanlı, “Daewoo” markalı sərnişin avtobusu toqquşub. Qəzada bədən xəsarətləri alan yük avtomobilinin sürücüsü xəstəxanaya yerləşdirilib. Ardını oxu

Top