Bakı-Qazax magistralında ailə faciəsi: bacı və qardaşı öldü

Bakı-Qazax magistralında ailə faciəsi: bacı və qardaşı öldü

Bakı-Qazax magistralında ailə faciəsi: bacı və qardaşı öldü

Ucar rayonunda dəhşətli yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 14 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 63 yaşlı Abdullayev Aslan İsa oğlunun idarə etdiyi 90- FF-450 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını əvvəlcə “VAZ -2107” markalı avtomobili vurub, daha sonra sementlə yüklənmiş yük maşınına (TIR) çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü A .Abdullayev hadisə yerində dünyasını dəyişib. Onun maşında olan bacısı - 57 yaşlı Ağayeva Dürdanə İsa qızı isə ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top