Sabunçuda nasaz maşın qəza törədib

Sabunçuda nasaz maşın qəza törədib

Sabunçu rayonunda nasaz maşın qəza törədib.APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib. Əyləci nasaz olan “Mercedes” öncə yol kənarındakı dəmir maneələrə çırpılıb, daha sonra prospektlə hərəkət edən “KİA”nı vurub. Qəza zamanı “Mercedes”ə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəlib. Prospektdə sıxlıq yarandığından avtomobillər evakuator vasitəsi ilə hadisə yerində uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top