04.11.2015
Gündəm
Bu prospektə getməyin
Bakının mərkəzi küçələrinin birində sıxlıq yaranıb. Cars-az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Moskva prospekti (Əsas yolda - şəhər istiqamətində) tunelin çıxış hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Sürücülərə alternativ olaraq Moskva prospekti - Kənar yoldan istifadə etmələri tövsiyə olunur.
Emin