İranlı Biləcəridə qəza törətdi: tıxac yarandı

İranlı Biləcəridə qəza törətdi: tıxac yarandı

İranlı Biləcəridə qəza törətdi: tıxac yarandı

Bakıda yol qəzası baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. İran İslam Respublikasının vətəndaşına məxsus “Mercedes” markalı avtomobil yükünün hündürlüyü normadan artıq olduğundan qəsəbə ərazisində olan dəmir yolu körpüsündən keçə bilməyərək qəza törədib. Qəza zamanı yolda tıxac yaranıb. Hazırda yol polisi tıxacın aradan qaldırılması istiqamətində iş aparır.

Dostlarınla paylaş


Şərhlər


Top