Novxanıda yol qəzası: yaralananlar var

Novxanıda yol qəzası: yaralananlar var

Novxanıda ağır yol qəzası baş verib. Şahidlərin APA-ya verdiyi xəbərə görə, hadisə saat 20:30 radələrində qeydə alınıb. "BMW" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəzanın baş vermə səbəbləri araşdırılır.

Dostlarınla paylaş


Şərhlər


Top