-
2015-ci ilin rus maşınları satışa çıxarılıb
Köhnə avtomobillərin qiyməti dəyişib 2015-ci ildə Rusiyada istehsal olunmuş minik avtomobillərinin Bakıda satışına başlanılıb. Cars-az xəbər verir ki, bu barədə fins.az-a bu avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi “Xəzər Lada” şirkətindən bildirilib. Söhbət yeni model “Granta”, “Kalina” və “Priora” avtomobillərindən gedir. Opsiyalarından aslı olaraq “Kalina” avtomobilləri 9500-10500 manat, “Priora” modelləri 10200-10800, “Niva” maşınları isə 8500-9000 manata satılır. Bu arada, 2014-cü il model rus avtomobillərinin qiymətləri artıb. Belə ki, ötən il buraxılmış “Priora” avtomobillərinin qiymətlərindəki 1300 manatlıq endirim ləğv edilib. Əvvəl endirimlə 8900 manata satılan avtomobil indi endirimsiz qiymətlə 10200 manatdır. “Niva” avtomobilləri isə əksinə ucuzlaşıb. Belə ki, əvvəl 9600 manata satılan “Lada 21214” avtomobilləri indi müştərilərə 8500-9000 manata təklif edilir. Ardını oxu
-
“BMW” dəhşətli qəzaya düşdü: ölənlər var
Faktla bağlı araşdırmalar aparılır Ardını oxu
-
Tanınmış bəstəkarın bacısına avtomobil hədiyyə olundu
«Bacıma avtomobil bağışlandı və dərhal onun açarları verildi» Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın 83 yaşlı bacısı Hüriyyə Qasımovaya 8 mart Beynəlxalq Qadınlar Günündə gözlənilməz hədiyyə olub. “Bu səhərdə”- nin konsertinə gedən zaman məlum olub ki, Hüriyyə xanım tamaşaçılar arasında ən yaşlı qadındır.Və bu amil onu bir anda “Hyundai Elantra” avtomobilinin sahibinə cevirib. Cars-az xəbər verir ki, bu barədə atv.az-a Ruhəngiz Qasımova məlumat verib: “Konsertə gedən bacım üçün bu çox gözlənilməz oldu. Səhnədən səslədilər ki, “Ən yaşlı xanım burada kimdir?”. Bir neçə xanın, o cümlədən də bacım əllərini qaldırdılar. Və ən yaşlısı o olduğu bilinəndən sonra elan olundu ki, bacıma avtomobil bağışlandı və dərhal onun açarları verildi". Ardını oxu
-
«Ştutqart» Mağazalar Şəbəkəsi növbəti dəfə müştəriləri ilə görüşdü
Suallara doğru cavab verən müştərilər qiymətli hədiyyələrlə mükafatlandırılıblar Ardını oxu
Sabah çox isti olacaq
Ölkə ərazisində havanın temperaturu 16 dərəcəyə çatacaq Ardını oxu
Qatarla yük maşını toqquşdu:55 yaralı
Yaralılardan birinin vəziyyətinin kritik olduğu bildirilir Ardını oxu
Şəkidə 3 maşın toqquşdu
Faktla bağlı araşdırma aparılır Şəkidə üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Cars-az regiontv-yə istinadən xəbər verir ki, hadisə 20 yanvar küçəsindəki yol ayrıcında qeydə alınıb. Abdullazadə İsmayıl Şükrət oğlunun idarə etdiyi 55 BX 400 dövlət nömrə nişanlı Ford markalı minik avtomobili öndə hərəkətdə olan, Xəlilov Ülfət İzzət oğlunun idarə etdiyi 55 BO 686 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobilə, bu avtomobil də öz növbəsində öndə Əhmədov Famil Sübhanəli oğlunun idarə etdiyi 45 BF 803 dövlət nömrə nişanlı Opel markalı avtomobilə dəyib. Əraziyə dərhal yol polisi əməkdaşları gəlib, qəzanın baş vermə səbəblərini dəyərləndiriblər. Qəzada xəsarət alan olmasa da, hər üç avtomobilə ziyan dəyib. İlkin ehtimala görə, hadisə VAZ 2106-nın manevr qaydasını pozması nəticəsində qeydə alınıb. Fakt araşdırılır. Ardını oxu
Bakı Avtovağzalı bayramda avtobusların sayını artıracaq
Bu, yaranacaq sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə həyata keçiriləcək Ardını oxu