04.11.2015
Avtoxəbər
Tanınmış bəstəkarın bacısına avtomobil hədiyyə olundu
Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın 83 yaşlı bacısı Hüriyyə Qasımovaya 8 mart Beynəlxalq Qadınlar Günündə gözlənilməz hədiyyə olub. “Bu səhərdə”- nin konsertinə gedən zaman məlum olub ki, Hüriyyə xanım tamaşaçılar arasında ən yaşlı qadındır.Və bu amil onu bir anda “Hyundai Elantra” avtomobilinin sahibinə cevirib. Cars-az xəbər verir ki, bu barədə atv.az-a Ruhəngiz Qasımova məlumat verib: “Konsertə gedən bacım üçün bu çox gözlənilməz oldu. Səhnədən səslədilər ki, “Ən yaşlı xanım burada kimdir?”. Bir neçə xanın, o cümlədən də bacım əllərini qaldırdılar. Və ən yaşlısı o olduğu bilinəndən sonra elan olundu ki, bacıma avtomobil bağışlandı və dərhal onun açarları verildi".