Milyarder 27 lüks avtomobil aldı

Milyarder 27 lüks avtomobil aldı

Britaniyada klassik avtomobillərin hərracda satışı ilə bağlı dünyanın ən böyük alqı-satqı əməliyyatlarından biri gerçəkləşdirilib. Cars-az xərici mətbuata istinadən xəbər veriri ki, İngiltərənin Berkşir qraflığındakı Askot səmtindəki Talasçört şəhərində yaşayan Con Kollinz 27 klassik avtomobildən ibarət kolleksiyanı satın alıb. O, həmin avtomobillər üçün 20 milyon funt-sterlinq ödəyib.

Kolleksiyada 4 Aston Martin, 11 Ferrari, 1 Jaguar, 4 Lamborghini, 5 Mercedes və 2 Porsche var.

Milyarder C.Kollinz illərdən bəri Ferrari fanatı olsa da, bu dəfə kolleksiyasını başqa klassik modellər hesabına genişləndirmək qərarına gəlib.

Dostlarınla paylaş


Şərhlər


Top