Qatarla yük maşını toqquşdu:55 yaralı

Qatarla yük maşını toqquşdu:55 yaralı

Cars-az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) sərnişin qatarı ilə yük maşını qəza törədib. ABŞ-ın Şimali Karolina ştatının Halifaks şəhərində baş verən qəza nəticəsində 55 nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumatlarda isə zərər çəkənlərin 40 nəfər olduğu deyilirdi. Hadisə bazar ertəsi günorta saatlarında meydana gəlib. Toqquşma nəticəsində qatarın vaqonlarından biri çevrilib, digərləri relsdən çıxıb. “Associated Press”in yerli hakimiyyətə istinadən yaydığı xəbərdə zərər çəkən 55 nəfərdən birinin vəziyyətinin ağır olduğu vurğulanır. Qeyd edək ki, qəzaya uğrayan qatarda toqquşma zamanı 213 sərnişin və 8 ekipaj üzvü olub.

Dostlarınla paylaş


Şərhlər


Top