04.11.2015
Qəzalar
FHN qəza ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlax rayonunda 4 nəfərin xəsarət almasına səbəb olan qəza ilə bağlı məlumat yayıb. Cars-az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Yevlax rayonu ərazisində “Vaz” markalı minik avtomobili və “Isuzu” markalı yük avtomobili toqquşub. Nəticədə “Vaz” markalı minik avtomobilində olan 4 sərnişinə xilasedicilər tərəfindən ilkin tibbi yardım göstərilib və xəsarət alanlar aidiyyəti üzrə təhvil veriliblər.