04.11.2015
Qəzalar
Maşın vuran 78 yaşlı qadın öldü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, hadisə Neftçilər prospektində 131 ünvanının qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Nəbi Mahal oğlu Rüstəmov idarə etdiyi 10-SP-081 dövlət nömrə nişanlı, “VAZ 2107 ” markalı avtomobillə yolu keçən piyada, 1937-ci il təvəllüdlü Elmira Rəsul qızı Quliyevanı vurub. Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən E. Quliyeva orada ölüb.
Faktla bağlı araşdırma aparılır.