Qəzada  yaralanan 20 yaşlı qızı xilas etmək mümkün olmadı

Qəzada  yaralanan 20 yaşlı qızı xilas etmək mümkün olmadı

Qəzada  yaralanan 20 yaşlı qızı xilas etmək mümkün olmadı

Bakıda ağır qəza nəticəsində xəsarət almış 20 yaşlı qız xəstəxanada vəfat edib. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, martın 3-də Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 5 ünvanın qarşısında 1990-cı il təvəllüdlü, Ağdam rayon sakini Nəzərov Anar Pənah oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 90-MX-045 nömrəli maşını yolun kənarında saxlamış WB97R markalı traktora çırpıb. Nəticədə “VAZ 2107”də sərnişin qismində olan 1995-ci il təvəllüdlü Sergeyevna Marina İqorevna Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 20 yaşlı qız martın 7-də reanimasiyada vəfat edibr. Faktla bağlı araşdırmalar aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top