Yol polisinə yeni rəis təyin edildi

Yol polisinə yeni rəis təyin edildi

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Firdovsi Yusifov paytaxtın Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Firdovsi Yusifov buna qədər Bakı şəhər DYPİ-nin Müşayət-Eskort Bölüyünün tağım komandiri vəzifəsində çalışırdı. Cars-az-ın əməkdaşı ilə söhbətində F.Yusifov yeni vəzifəyə təyin edilməsi barədə xəbəri təsdiqləyib və ona göstərilən etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, bu ilin iyul ayında Cars-az saytı və «Digesta» hüquq firması tərəfindən nümunəvi xidmətlərə görə təltif olunan yol polisi əməkdaşları arasında Firdovsi Yusifov da var idi.

Elməddin

Dostlarınla paylaş


Şərhlər


Top