04.11.2015
Yol polisi
Generaldan rüşvət istəyən polislərin başına görün nələr gəldi
Rusiyada korrupsiya əleyhinə daha bir maraqlı sosial çarx hazırlanıb. Cars-az-ın təqdim etdiyi bu videoda polis əməkdaşları gecə yolda gedən şəxsi dayandıraraq sənədlərini tələb edirlər. “Yeməyə yer tapmışam” –deyə sevinən polislər həmin şəxsin əslində general olduğunu bilmədən onu maşına mindirərək “ ya rüşvət verirsən, səni buraxırıq, ya da aparıb polis şöbəsinə qadını zorlayıb, içkili idi-filan böhtanlarla iş açacayıq sənə” deyə, təhdid edirlər.
Üst geyimini çıxaranda onun general paqonlarını görən polislər dərindən udqunublar. General da polislərin istədikləri rüşvəti cəza olaraq onlara yedirdir.
Fidan