09.12.2015
Yol polisi
Yol polisindən sürücülərə MÜRACİƏT
DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, hazırda respublikanın avtomobil yollarında nəqliyyatın hərəkətində hər hansı problem yoxdur. O, bildirib ki, havaların yağmurlu keçməsi ilə əlaqədar olaraq yollarda hərəkət edən zaman sürücülər diqqətli olmalıdırlar: “Yağıntılı hava şəraiti ilə əlaqədar olaraq nəqliyyat vasitələri arasında ara məsafələrinə diqqət etmək lazımdır”.
Emin