04.12.2015
Yol polisi
Deputat Nardaran hadisələrində polisin şücaətindən danışdı
Milli Məclisin iclasında çıxış edən deputat Elmira Axundova Nardaran hadisələrinə görə Azərbaycan polisinə minnətdarlıq edib. Cars-az-ın məlumatına görə, deputat bildirib ki, terrorçuluqla mübarizədə Azərbaycan polisi qəhrəmanlıq göstərib. «Nardaran hadisələrinə görə,polislərimizə minnətdarlığımı bildirirəm. Bu hadisələr zamanı qəhrəmancasına həlak olan polislərin yaxınlarına başsağlığı verirəm və onlara Allahdan rəhmət diləyirəm. Azərbaycan polisi cəsur davranaraq bu hadisələrin yayılmasının qarşısını aldı, onlar xüsusi xidmətlər göstəriblər. Bu xidmətlərinə görə hər bir Azərbaycan polisinə minnətdarlıq edirəm».
Elməddin