Ramil Usubovdan DYP ilə bağlı daha bir əmr

Ramil Usubovdan DYP ilə bağlı daha bir əmr

Zərdab Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin olunub. Cars-az xəbər verir ki, aznews.az-a daxil olan məlumata görə, iki gün öncə bu vəzifəyə daxili işlər naziri Ramil Usubovun əmri ilə polis mayoru Rəşad Xəlilov gətirilib. Rəşad Xəlilov bu təyinata qədər bölmənin rəis müavini vəzifəsində çalışırmış.

Qeyd edək ki, noyabrın əvvəlində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Zərdab rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Müşfiq Əmirov tutduğu vəzifədən azad edilərək Füzuli rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi təyin etmişdi.

Dostlarınla paylaş


Şərhlər


Top