04.11.2015
Yol polisi
Yol polisi sürücüyə qoşulub elə ağladı ki…
Sosial şəbəkələdə yol polisi-sürücü münasibətlərini əks etdirən gülməli video yayılıb. Cars-az xəbər verir ki, video Azərbaycanda çəkilməsə də, bəzən bizdə də belə hallar baş verir deyə, onu oxuculara təqdim edirik.
Videodan aydın olur ki, qayda pozan sürücü yol polisi tərəfindən saxlanıldıqda ailəsini, uşaqlarını əsas gətirərək pulsuz olduğunu, cərimə ödəyə bilməyəcəyini deyib ağlamağa başlayır. Vəziyyəti belə görən yol polisi inspektoru digər paqon yoldaşını çağıraraq «bu sürücü sənlikdir» deyib oradan uzaqlaşır. Bu dəfə sürücüyə yaxınlaşan başqa bir yol polisi elə ağlaşma qurur ki, sürücü özünü unudub, polisin halına göz yaşı axıdır.
Əlbəttə, bu video yumor əsasında çəkilib və bəzi real çalarları da əks etdirir.
Fidan