Yol polisini vuran polis serjantı saxlanıldı

Yol polisini vuran polis serjantı saxlanıldı

İdarə etdiyi avtomobillə Yol Patrul Xidməti əməkdaşını vuran şəxs saxlanılıb. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən trend-ə verilən məlumata görə, avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mercedes” markalı avtomobillə orada “BMW” markalı avtomobildə xidmətdə olan Bakı BPİ DYPİ YPX-nin inspektoru, polis serjantı Samir Dənziyevi vurub hadisə yerini tərk edib. S.Dənziyev xəstəxanaya yerləşdirilib. Görülmüş tədbirlərlə A.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top