Yol polisi doğuşa yardım etdi

Yol polisi doğuşa yardım etdi

Rusiyanın Yaroslavl şəhərində yol polisləri doğuş sancıları tutan qadına vaxtında xəstəxanaya çatmağına kömək ediblər. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, yol polisi bir qədər yubansa idi, həkimlər vaxtından əvvəl dünyaya gələn uşağı xilas edə bilməyəcəkdi. Doğuşa hazırlaşan qızını Lifan maşınına əyləşdirən ata onu xəstəxanaya aparmağa çalışıb. Yolda qızının sancıları başlayıb. Yolun da tıxac olması atanı çaş-baş salıb.

Nəhayət polis maşını görən çarəsiz ata onlardan kömək istəyib. Polislər kişini sakitləşdirib və onun həyat yoldaşını vaxtında xəstəxanaya çatdıracaqlarına əmin edib. Polis maşının müşaiyəti ilə ananı həkimə çatdırmaq mümkün olub.

Dünyaya gələn qızın çəkisi 1,7 kq-dır.

Dostlarınla paylaş


Şərhlər


Top