05.11.2015
Yol polisi
Yol polisi avtobus sürücülərinə qarşı reydlərə başladı – FOTO
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qayda pozan avtobus sürücülərinə qarşı xüsusi reydlərə başlayıb. Yol polisinin keçirdiyi xüsusi tədbirlər çərçivəsində bu gün qaydaları pozmuş bir neçə sürücü saxlanılıb. Onların arasında 65 sayl marşrut avtobuslarının sürücüləri də olub. Paytaxt sakini Elmira Alxasova bildirib ki, onun istifadə etdiyi avtobusun sürücüsü sükan arxasında mobil telefonla danışdığına görə polis tərəfindən saxlanılıb. Sərnişinlər avtobusdan düşürdülüb və ictimai nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.
sfera.az