04.11.2015
Yol polisi
Bakıda motosikletlə hərəkət qadağan edildi - 6 yerdə
Bakının bəzi ərazilərdə motosikletlə hərəkət qadağan ediləcək. Cars-az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polsi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun baku.ws-ə verdiyi məlumata görə, artıq bununla bağlı xüsusi nişanlar qoyulur. Onun sözlərinə görə, bir neçə gün əvvəl Neftçilər prospektində quraşdırılan motosikletlə "hərəkət qadağandır" nişanı artıq bir neçə ərazidə quraşdırılıb. "Artıq Bakıda 6 yerdə belə nişan qoyulub. Gələcəkdə də həmin nişanları çox yerdə görəcəksiniz. Hazırda "Siqnal” idarəsi bununla bağlı araşdıma aparır. Əhalinin sıx məskunlaşdığı yerlərdə belə nişanlar qoyulacaq”, - deyə Vaqif Əsədov bildirib.