Sərxoş sürücülərin cərimələri artırılacaq

Sərxoş sürücülərin cərimələri artırılacaq

Sərxoş sürücülərin cərimələri artırılacaq

Sərxoş sürücülərə qarşı tədbirlər davam etdirilir. Sərxoş halda avtomobil idarəsi zamanı baş verə biləcək təhlükənin qarşısını almaq üçün Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən müəyyən işlər görülür. Buna görə də sərxoş halda sükan arxasına keçən sürücülərin cərimələrinin artırılması nəzərdə tutulur. BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, bu cür tədbirlər yol-nəqliyyat hadisələrinin azalmasına səbəb olacaq. Sərt tədbirlər həmçinin sürücü mədəniyyətinin formalaşmasına da öz müsbət təsirini göstərəcək.

Dostlarınla paylaş


Şərhlər


Top