Cənubi Koreyadan olanmodel Kim Miso modellik karyerasını buraxaraq polis olub. “Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, 25 yaşlı model Polis Akademiyasında təhsilini tamamlayaraq Seul Metropolitan Polis Mərkəzində çalışmağa başlayıb. Modelin polis formasıyla çəkilmiş fotoları mediada əks olunmağa başlayıb. O, öz ölkəsində “ən gözəl polis” adlandırılmağa başlayıb.