07.03.2016
Yol polisi
Maşınların şəklini çəkən polisin maşınını soydular
İnternetdə yayılan videoda polis avtomobilinin necə qarət olunduğu əksini tapıb. Belə ki, ərəb ölkələrinin birində polis əməkdaşı avtomobilindən düşüb dayanma-durma nişanının tələbini pozan avtomobillərin şəkillərini çəkir. Сars-az xəbər verir ki, başı cərimə yazmağa qarışan inspektor maşının talandığının fərqinə varmır. Onun avtomobilinin önündəki yük maşınından düşən oğrular maşını soyublar.
Fuad