03.03.2016
Yol polisi
Polisdə xidmət edənlər hərbi qeydiyyatdan çıxarılacaq
Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Сars-az xəbər verir ki, sənədə əsasən, qanunun 28-ci maddəsinin VI hissəsində “mükəlləfiyyət qeydiyyatından” sözləri “qeydiyyatdan” sözü ilə əvəz edilib. Beləliklə, polisdə xidmətə qəbul edilmiş şəxslər və polis təhsil müəssisələrinin müdavimləri hərbi qeydiyyatdan çıxarılacaq və və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınacaqlar.