04.11.2015
Yol polisi
Bərdədə yol polisi ilə əhali arasında qarşıdurma - 10 nəfər saxlanılıb
Bərdədə polislə vətəndaşlar arasında qarşıdurma yaşanıb. Bərdə Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları küçənin ortasında vətəndaşı döyüblər. Bu isə yerli sakinlərin narazılığına səbəb olub. YPX əməkdaşları isə sakinəri sakitləşdirmək əvəzinə bu hadisəyə etiraz edənləri saxlayıblar. Nəticədə 10-a yaxın sakin polis bölməsinə aparılıb.
Onu da qeyd edək ki, "Svoboda" radiosu həmin hadisənin görüntülərini də yayıb./azxeber.com/