04.11.2015
Yol polisi
Yol polisi qəza törətdi - bir ölü
Dünən günorta saatlarında Mingəçevir şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib. Hadisə şahidlərinin ölkə.az-a verdiyi məlumata görə, “BMW” markalı 99-YP-883 dövlət nömrə nişanlı yol polis patrul avtomobilinin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayaraq sürətlə hərəkət edərək qarşısındakı “Hyundai Sonata” maraklı avtomobillə toqquşub. Nəticədə idarəetməni itirən 99-YP-883 yol polis patrul avtomobili səkidə dayanan 25-30 yaşlı gənci vurub. Məlumata görə, zərbənin təsirindən vətandaş hadisə yerindəcə keçinib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlasaq da idarə əməkdaşları qəzanı şərh etməkdən imtina etdilər.