Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Bakıda 648 yol qəzası olub - 10 ayda
Bakıda 648 yol qəzası olub - 10 ayda

Bakıda 648 yol qəzası olub - 10 ayda

Bu ilin əvvəlindən indiyədək paytaxtda 648 yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Azərtac-a bildirib ki, qəzalar nəticəsində 183 nəfər ölüb, 703 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. V.Əsədov vurğulayıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 91 hadisə, 79 ölüm və 18 xəsarət faktı azalıb. Bu da yol polisi əməkdaşlarının keçirdikləri məqsədyönlü tədbirlərin, eyni zamanda, geniş təbliğat işinin aparılmasının nəticəsidir. Hadisələrin 47 faizi sürət həddinin aşılması, 50,6 faizi piyadaların avtomobillərlə vurulması, 29 faizi isə ötmə, manevretmə və yol ayrıclarını keçmə qaydalarının pozulması ilə əlaqədardır.

Dostlarınla paylaş


Şərhlər


Top