04.11.2015
Yol polisi
Vaqif Əsədov şayiələrə son qoydu
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov noyabrın 1-dən yenidən iş başında olacaq. Cars-az xəbər verir ki, bu barədə açıqlamasında bölmə rəisi özü məlumat verib. Onun sözlərinə görə, hazırda məzuniyyətdədir və noyabrın 1-dən xidməti fəaliyyətinə davam edəcək. V.Əsədov özü barəsində KİV-lərdə və sosial şəbəkələrdə guya işdən çıxarılması və ağır xəstələnməsi ilə əlaqədar yer alan şayiələrin həqiqətə uyğun olmadığını deyib: "Məzuniyyətə çıxmışdım. Ölkə xaricində istirahət edirdim. İnşallah, ayın 1-dən iş başında olacam".
Qeyd edək ki, bəzi media orqanlarında V.Əsədovun işdən azad edilməsi barədə məlumatlar var idi.