04.11.2015
Yeniliklər
Türkiyəyə səfər üçün 30 yeni vaqon alınacaq
“Azərbaycan Dəmir Yolları” QSC Türkiyəyə səfər üçün yeni vaqonlar alacaq. Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. “Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə veriləndən sonra Türkiyəyə səfərlər başlanacaq. Türkiyəyə səfərlər edilməsi üçün də "Stalker" firması ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, 30 vaqon alınacaq”, - deyə C.Qurbanov bildirib. C.Qurbanov əlavə edib ki, bu ilin sonuna kimi həmin qatarların ölkəyə gətirilməsi gözlənilir.
Emin