Metro vahid ödəniş kartlarının istifadəsinə hazırdır

Metro vahid ödəniş kartlarının istifadəsinə hazırdır

Metro vahid ödəniş kartlarının istifadəsinə hazırdır

Gediş haqqına görə vahid kart sistemi Bakı Metropolitenində istifadə etmək üçün hazırdır və I Avropa Oyunları başa çatdıqdan sonra onun Bakının digər ictimai nəqliyyat növlərində tədricən tətbiqinə başlanılacaq.

Cars-az trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda keçirilən 14-cü Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" və 5-ci Yubiley Xəzər Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" sərgisinin açılışı zamanı deyib.

Onun sözlərinə əsasən, "Bakı Kart" prosessinq mərkəzi vahid nəqliyyat kartlarına xidmət göstərməyə hazırdır: "Bu layihə çərçivəsində Bakı Metroplitenində hazırda istifadə edilən kartların eyni qiymətə olan yeni kartlarla dəyişdirilməsi nəzərdə tutulur".

Yeni kartın qiyməti 2 manat olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top