Tranzit yükdaşımalara "yaşıl" işıq

Tranzit yükdaşımalara "yaşıl" işıq

Azərbaycanda gələn ilin əvvəlindən etibarən "yaşıl kart" beynəlxalq sığorta sistemi tətbiq ediləcək. Ekspertlər hesab edirlər ki, bu proses beynəlxalq yükdaşıma sahəsində Azərbaycanın tranzit ölkə kimi rolunun artması baxımından əhəmiyyətli olacaq. 2016-cı ilin yanvarından etibarən Azərbaycanın qoşulacağı "Yaşıl kart" beynəlxalq sığorta sistemi ölkə iqtisadiyyatına böyük faydalar gətirəcək. Bu, il növbədə, Azərbaycanın tranzit əhəmiyyətini artıracaq. Çünki Azərbaycanda da "Yaşıl kart" sisteminin tətbiqi ilə mülki məsuliyyət sığortası ləğv ediləcək. Bu isə ölkəmizdən tranzit kimi istifadə edənlərin xərclərini azaldacaq. Bununla da Azərbaycan üzərindən tranzit daşımalarının həcmi artacaq, nəticədə qeyri-neft sektoru inkişaf edəcək. Loqistika obyektlərinin də gəlirləri çoxalacaq ki, bu da regionda yüzlərlə iş yerinin açılmasına səbəb olacaq. Sistemə qoşulmaqla Azərbaycanın tranzit şirkətləri də udacaq. Çünki onlar da digər ölkələrdən keçərək analoji xərclərdən azad olacaqlar. İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, növbəti illərdə Azərbaycanın tranzit daşımalardan əldə edəcəyi gəlirlər daha çox olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top