Azərbaycanda iritonnajlı bərələr tikiləcək

Azərbaycanda iritonnajlı bərələr tikiləcək

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakı Gəmiqayırma Zavodu ilə iritonnajlı bərələrin tikintisi üzrə danışıqlar aparır. Cars-az-ın trend-ə istinadən məlumatına görə, bunu QSC-nin sədr müavini Fərhad Quliyev İxracatçılar Klubunun ikinci iclasında deyib. Onun sözlərinə görə, hazırda istifadə edilən bərələr təqribən 50 vaqon tutumludur. Bununla belə, bu il bərələrdə təqribən 70 min vaqon göndərilib. F.Quliyev qeyd edib ki, Xəzər Gəmiçiliyinin həyata keçirdiyi ən iri yük daşımaları Türkmənbaşı və Aktau limanlarına istiqamətlənir.

Dostlarınla paylaş


Şərhlər


Top