04.11.2015
Yeniliklər
Təqaüdçü küçə itləri üçün qatar düzəldib
ABŞ-ın Fort-Uert şəhərindən (Texas ştatı) olan təqaüdçü Yucin Bostik plastik çəlləklərdən küçə itləri üçün qatar düzəldib. Cars-az "report"a istinadən xəbər verir ki, 80 yaşlı kişi bu qatar ilə itləri şəhərdə gəzdirir.
Bostik "The Dodo" nəşrinə bildirib ki, həftədə bir-iki dəfə gəzinti heyvanların çox xoşuna gəlir. O hazırda 9 küçə itinə qayğı göstərir.