Yeni marşrut avtobusu istifadəyə verilir

Yeni marşrut avtobusu istifadəyə verilir

Sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində optimallaşdırılma işləri davam etdirilir. Belə ki, Bakıda daha bir marşrut xətti istifadəyə verilir. Bu haqda Cars-az-a Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinin İctimai əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. O, bildirib ki, yeni marşrut iki metro stansiyanın qarşısından keçərək, Azadlıq prospekti ilə hərəkət edəcək: “Oktyabrın 10-dan etibarən paytaxtda yeni 4 saylı marşrut avtobusu test rejimində fəaliyyətə başlayacaq. 4 saylı marşrut avtobusunun hərəkət istiqaməti Nərimanov metrostansiyası - Gənclik metrostansiyası – Azadlıq prospekti – 28 May istiqaməti olacaq».

Elmin

Dostlarınla paylaş


Şərhlər


Top