Sürücülər bu küçədə əziyyət çəkir – Qəza baş verir

Sürücülər bu küçədə əziyyət çəkir – Qəza baş verir

Sürücülər bu küçədə əziyyət çəkir – Qəza baş verir

Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra təkliflər hazırlayıb. NİİM-dən Cars-az-a verilən məlumata görə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi ilə İnşaatçılar küçəsinin kəsişməsi nizamlanmayan yolayrıcı hesab olunduğundan nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranır ki, bu da bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Mərkəzin apardığı araşdırmalara əsasən, qeyd olunan yol kəsişməsində yol hərəkətinin təhlükəsiz təşkil edilməsi və yarana biləcək qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə sxemdə göstərildiyi qaydada, İnşaatçılar küçəsində (Nazim İsmayılov küçəsinə doğru hərəkət istiqamətində, 240 avt/saat) (2.1) “Baş yol üstünlük” nişanı, Məmmədhəsən Hacınski küçəsində (Nazim İsmayılov küçəsinə doğru hərəkət istiqamətində, 222 avt/saat) (2.5) “Dayanmadan keçmək qadağandır” üstünlük nişanı, Nazim İsmayılov küçəsində isə (İnşaatçılar küçəsinə doğru hərəkət istiqamətində, 153 avt/saat) (2.1) “Baş yol üstünlük” nişanı və (7.13) “Baş yolun istiqaməti” əlavə məlumat nişanının quraşdırılmasını təklif edilir.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top